17 iyul 2025 00:48
153

"Qarabağ"ın rəqibi dəqiqləşib

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu, İrlandiya təmsilçisi “Şelburn”dur.

I təsnifat mərhələsi çərçivəsində doğma meydanda Şimali İrlandiyanın "Linfild" kollektivinə 1:0 hesabı ilə qalib gələn “Şelburn”, səfərdə 1:1 hesablı heç-heçəyə razılaşaraq növbəti raunda adlayıb.

Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirində II təsnifat mərhələsinin ilk görüşləri iyulun 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.