“Sabah” UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində cavab matçında “Selye”nin qonağı olub.
“İki sahil” xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmanın əsas vaxtı Azərbaycan təmsilçisinin 3:2 hesabı ilə üstünlüklə yekunlaşıb.
Komandalar arasında Bakıda baş tutan qarşılaşmada “Selye” "Sabah"ı 3:2 hesabı ilə məğlub etdiyinə görə, oyunda əlavə 30 dəqiqə oynanılıb.
Əlavə vaxtda “Selye” bərabərlik qolunu vurmağa nail olub. Bununla da "Sabah" UEFA Avropa Liqasının növbəti mərhələsinə keçə bilməyib.
Beynəlxalq elmi simpoziumda Azərbaycanın güləş platforması yüksək qiymətləndirilib