Bu gün Misli Premyer Liqasında 2025/26 mövsümünün püşkü atılacaq.
“İki sahil” xəbər verir ki, mərasim "Alov qüllələri" kompleksinin "Üzeyir Hacıbəyli zalı"nda keçiriləcək. Tədbir saat 15:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 15-də start götürəcək. Çempionatda 12 komanda mübarizə aparacaq. Bunlar "Qarabağ", "Zirə", "Araz Naxçıvan", "Turan Tovuz", "Sabah", "Neftçi", "Şamaxı", "Sumqayıt", "Kəpəz", "Qəbələ", "Karvan" və "İmişli"dir.
Beynəlxalq elmi simpoziumda Azərbaycanın güləş platforması yüksək qiymətləndirilib