19 iyul 2025 21:12
129

"Turan Tovuz" Türkiyədə heç-heçə etdi

"Turan Tovuz" bu gün Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, Kurban Berdıyevin komandası Türkiyə 1-ci liqa təmsilçisi "Çorum"la qarşılaşıb. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Tovuz təmsilçisinin qolunu 37-ci dəqiqədə Roderik Miller vurub.

Qeyd edək ki, "Turan Tovuz"un Bolu toplanışı 6 avqustadək davam edəcək. Komanda Türkiyədə daha 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. Hələlik bölgə klubu yalnız 1 rəqibinin adını açıqlayıb. "Turan Tovuz" iyulun 29-da İran Pro Liqasının son çempionu "Traktor"la qarşılaşacaq.