19 iyul 2025 21:57
128

Koul Palmer: Tramp mənə dedi ki...

"Çelsi"nin futbolçusu Koul Palmer qalibi olduqları klublararası dünya çempionatından danışıb.

“İki sahil” xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ABŞ prezidenti Donald Trampın mükafatlandırma mərasimində ona dediklərini xatırlayıb:

"O, mənə mükafatı verəndə oğlunun mənim böyük pərəstişkarım olduğunu söylədi. Tam olaraq hansı cümlələri qurduğumu xatırlamıram. Düşünürəm ki, ona "təşəkkür edirəm" və ya buna bənzər bir şey dedim".

Qeyd edək ki, Palmer klublararası dünya çempionatının ən yaxşı oyuçusu seçilib.