23 iyul 2025 09:15
113

Əfqanıstanda əyalət hakimiyyətindən kuklalarla bağlı qadağa

Əfqanıstanın cənubundakı ən böyük şəhər olan Qəndəharda hakimiyyət kuklaların satışını qadağan edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Afganistan International" portalı məlumat verib.

Məlumata görə, "Taliban"ın Fəzilətin Təbliği və Şərin Qarşısının Alınması Nazirliyi bir sıra oyuncaqların, o cümlədən kuklaların satışını haram elan edib.

Qadağaya səbəb "Taliban"ın kuklaların bütlərə (idollara) bənzədiyinə inancı ilə bağlı ola bilər, çünki bütlərə ibadət etmək İslamda günah sayılır. Şəhər rəhbərliyi qadağan olunmuş məhsulların dərhal piştaxtalardan yığışdırılmasını əmr edib.