Yaponiya Fukusima faciəsindən sonra ilk dəfə olaraq Mihama zavodunda yeni nüvə blokunun inşası imkanlarını nəzərdən keçirmək qərarına gəlib.
“İki sahil” "Reuters"ə istinadla xəbər verir ki, Kansai Electric Power Fukui qərb prefekturasında reaktoru əvəz edəcək obyekt üçün ərazidə araşdırma aparmağı planlaşdırır.
2011-ci ildə ölkənin şərq sahillərində baş vermiş zəlzələ Fukusima AES-də fəlakətə səbəb oldu: 9,0 bal gücündə güclü təkanlar partlayışlara və radiasiya sızmasına səbəb oldu.
2022-ci ildə Mihama AES-in üçüncü reaktorunda tərkibində radioaktiv elementlər olan su sızmasının aşkar edildiyi barədə məlumatlar yayılıb.