24 iyul 2025 00:31
160

Rusiya və Ukrayna arasında əsas məsələlərdən biri ilə bağlı nəticə əldə olunub

Rusiya və Ukrayna arasında əsas məsələlərdən biri ilə bağlı nəticə əldə olunub, iş davam edir.

“İki sahil” xəbər verir ki, bunu Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov İstanbulda keçirdiyi brifinqdə deyib.

"İlk növbədə, biz həmişə müxtəlif istiqamətlərə cavabdeh olan bütün həmkarlarımızla eyni vaxtda görüşlər keçiririk: humanitar, siyasi, atəşkəs", - Umerov bildirib.

“Beləliklə, bir məsələ ilə bağlı nəticə var, digər ikisi ilə bağlı proses hələ də davam edir”, - Umerov yekunlaşdırıb.