26 iyul 2025 11:55
145

"Qalatasaray" Osimhenin transferini yekunlaşdırdı

"Qalatasaray" "Napoli"nin hücumçsu  Viktor Osimhenin transferini yekunlaşdırıb.

“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Bildirilib ki, klubların hüquqşünasları yaxın günlərdə müqavilənin bağlanması üçün bütün lazımi sənədlərin imzalanması üzərində işləyirlər.

Daha əvvəl bu transferin Türkiyə təmsilçisinə 75 milyon avroya başa gələ biləcəyi qeyd olunurdu.

Qeyd edək ki, Osimhen ötən mövsüm icarə əsasında "Qalatasaray"da oynayıb. O, bütün turnirlərdə 41 matçda 37 qol vurub, 8 məhsuldar ötürmə edib. Futbolçunun "Napoli" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.