28 iyul 2025 21:07
164

"Qarabağ"dan ayrılan futbolçu "Sumqayıt"da

"Sumqayıt" yeni transferini açıqlayıb.

Klubdan “İki sahil”ə verilən məlumata görə, "gənclik şəhəri" təmsilçisi hücumçu Rüstəm Əhmədzadə ilə razılığa gəlib.

Daha əvvəl müqavilə əsasında "Qarabağ"a məxsus olan 24 yaşlı oyunçu bundan sonra "Sumqayıt"ın uğurları üçün çalışacaq.