Yay təlim-məşq toplanışını Bakıda keçirməyi planlaşdıran "İmişli"nin hazırlıq planında dəyişiklik baş verib.
Klubdan “İki sahil”ə verilən məlumata görə, bölgə təmsilçisi toplanış məqsədi ilə bu gün Qəbələyə yola düşüb.
Bununla da kollektiv avqustun 3-dək əyalətdə məskunlaşacaq. "İmişli" Qəbələ şəhər stadionunda yerli komanda və "Karvan"la yoxlama görüşlərində qüvəsini sınayacaq.