28 iyul 2025 23:21
152

ABŞ-da kazino yaxınlığında atışma olub, ölənlər var

ABŞ-ın Nevada ştatında kazino yaxınlığında atışma olub.

“İki sahil” xəbər verir ki, hadisə Reno şəhərində baş verib.

Atışma nəticəsində iki nəfər ölüb, üç nəfər xəsarət alıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxsə qarşı polis atəş açıb və o, yaralanıb. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti ilə bağlı hələlik heç bir məlumat verilməyib.

Polis hazırda ictimaiyyət üçün qorxulu vəziyyətin olmadığını açıqlayıb.