28 iyul 2025 23:52
186

Londonda hücum zamanı iki nəfər ölüb, xəsarət alanlar var

Böyük Britaniyanın paytaxtı Londonda bıçaqlı hücum zamanı iki nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə Skotland-Yardın bəyanatında deyilir.

Məlumata görə, insident paytaxtın mərkəzində Sazerk ərazisində yerləşən ticarət obyektində baş verib.

Polis əməkdaşları çağırış yerinə saat 13:00 radələrində (Bakı vaxtı ilə saat 16:00-red) gəliblər. "Tibb işçilərinin bütün səylərinə baxmayaraq, 58 yaşlı kişi hadisə yerindəcə ölüb. Daha üç kişi xəstəxanaya aparılıb, onlardan biri - 27 yaşlı kişi orada dünyasını dəyişib", - paytaxt polisi qeyd edib.

İki nəfər xəstəxanadadır, onların həyatı təhlükə altındadır. Onlardan biri hadisədə əli olmaqda şübhəli bilinir.

Skotland Yard hadisənin əlavə təfərrüatlarını açıqlamasa da, bıçaqlanmanın terrorla bağlı olmadığını, insanlar üçün heç bir təhlükə yaranmadığını açıqlayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.