29 iyul 2025 07:18
110

ABŞ-də baş verən atışmada altı nəfər öldürülüb

Bazar ertəsi axşam ABŞ-nin Manhetten şəhərinin mərkəzində ofis binasında baş verən atışmada biri polis də daxil olmaqla 6 nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə Nyu-York polisinin nümayəndəsinə istinadla “NBC News” məlumat yayıb.

Ölənlər arasında Nyu-Yorkun polis zabiti də var. Hüquq-mühafizə orqanlarındakı mənbələr atəş açan şəxsin intihar etdiyini bildirib.

Cinayətin konkret motivi məlum deyil. İstintaq hücumçunun şəxsiyyəti əsasında müxtəlif versiyaları araşdırır.