29 iyul 2025 07:35
112

İsrail Qəzzaya yardım üçün ABŞ və Aİ ilə əməkdaşlığı davam etdirəcək

İsrail tərəfi Qəzza zolağına humanitar yardımın çatdırılmasını təmin etmək üçün beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ və Aİ ölkələri ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun Dəftərxanasının bəyanatında deyilir.

“İsrail Qəzza zolağına böyük həcmdə humanitar yardım axınını təmin etmək üçün beynəlxalq qurumlarla, eləcə də ABŞ və Avropa ölkələri ilə işləməyə davam edəcək”, - mətndə deyilir.