29 iyul 2025 16:14
157

Amerikalı polkovnikdən təklif

ABŞ ordusunun polkovnik-leytenantı Cefri Fritz Çinin Arktikada sualtı fəaliyyətini izləmək üçün Rusiyadan Komandir adalarını 15 milyard dollara almağı təklif edib.

“İki sahil” xəbər verir ki, o, bu barədə Breaking Defense üçün yazdığı məqalədə yazıb.

Fritzin fikrincə, bu razılaşma ABŞ-ın təhlükəsizliyini gücləndirəcək və Arktikada liderliyini təsdiq edəcək. O xatırladıb ki, Alyaskanın alınması da faydasız hesab edilirdi, lakin indi bu, Amerikanın enerji və müdafiə strategiyasının mühüm hissəsinə çevrilib.

Ceffri Fritz Çinin Arktikada artan fəallığından və Çinin Qütb İpək Yolu layihəsinə investisiyalarından narahatlığını ifadə edib. O qeyd edib ki, Çinin "Jin" və "Tang" sinifli sualtı qayıqları Berinq boğazından Arktikaya keçə bilər.

Ballistik raketlərlə silahlanmış bu qayıqlar ABŞ-ın Nyu-York və Vaşinqton kimi şəhərləri üçün təhlükə yaradır.