Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib.
“İki sahil” xəbər verir ki, bu barədə Polşanın Bakıdakı diplomatik missiyası məlumat yayıb.
Bu vəzifəyə polkovnik Arkadiuş Şlenjek təyin edilib.
"Polşanın Bakıdakı səfirliyində hərbi attaşe dəyişikliyi baş verib. Polkovnik Robert Rusak Azərbaycandakı missiyasını başa vurub, onun səlahiyyətlərini polkovnik Arkadiuş Şlenjek icra edəcək", - məlumatda bildirilib.