30 iyul 2025 10:58
161

"Neftçi" Lüksemburq millisinin futbolçusunu transfer edib

2025/2026-cı illər mövsümü üçün heyət çalışmalarını davam etdirən "Neftçi" yeni futbolçu transfer edib.

“İki sahil” xəbər verir ki, klubdan bildirilib ki, Lüksemburq millisinin hücumçusu Alessio Kurçi heyətə cəlb olunub.

23 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.

Futbola vətənində başlayıb Almaniyada davam edən Kurçinin sonuncu klubu Belçika təmsilçisi “Franks Borayns” olub. O, Lüksemburq yığmasının heyətində 15 oyunda 1 qol vurub.