30 iyul 2025 13:07
138

"Bloomberg": Somalilend ABŞ bazasına ev sahibliyi etməyə hazırdır

Somalilend Amerika hakimiyyətinin rəsmi tanınması müqabilində Qırmızı dənizdə ABŞ hərbi bazasını yerləşdirməyə hazırdır.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Tanınmamış respublikanın prezidenti Abdirahman Mohamed Abdullahi, "ABŞ Somalilandda qalmaqda maraqlı olarsa, onlar xoş qarşılanacaqlar" - deyib.

Onun sözlərinə görə, hazırda iki tərəf təhlükəsizlik, iqtisadiyyat və terrorizmlə mübarizə sahələrində əməkdaşlıq haqqında danışıqlar aparır.

Abdullahi həmçinin qeyd edib ki, o, litium da daxil olmaqla resurslarla bağlı müqavilə bağlamağa hazırdır.