ABŞ 14-dən çox ölkəyə qarşı avqustun 1-nə təyin edilmiş gömrük rüsumlarının tətbiqini təxirə salmayacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində bildirib.
"Son tarix – 1 avqust dəyişməz olaraq qalır və uzadılmayacaq. ABŞ üçün vacib gündür!", - o qeyd edib.
O, həmçinin avqustdan etibarən Hindistana qarşı 25 %-lik idxal rüsumunun tətbiq ediləcəyini elan edib.