31 iyul 2025 16:25
156

Trampın tarif qərarından sonra misin qiymətləri rekord səviyyədə enib

ABŞ-da misin qiymətləri prezident Donald Trampın rüsum tətbiq etməmək qərarından sonra rekort səviyyədə aşağı enib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Bloomberg" məlumat yayıb.

Comex birjasında mis fyuçersləri təxminən 20% ucuzlaşaraq 4,50 dollara (ton üçün 9 930 dollar) düşüb.

Ağ Evin məlumat vərəqinə görə, 50% idxal rüsumları mis borulara, məftillərə, çubuqlara, təbəqələr və borulara, həmçinin boru fitinqləri, kabellər, birləşdiricilər və elektrik komponentləri kimi yüksək mis tərkibli məhsullara şamil ediləcək.

Mis filizi, konsentratlar, tutqunlar, katodlar və anodlar tariflərdən azad ediləcək.