30 iyul 2025 19:10
172

Almaniya ABŞ-ın tarifləri səbəbindən ildə 31 milyard avro itirə bilər

Almaniyanın Aİ mallarının əksəriyyətinə ABŞ-ın 15%-lik idxal rüsumlarının tətbiqindən itkiləri orta müddətli dövrdə ildə 31 milyard avroya qədər ola bilər.

“İki sahil” bu barədə Deloitte konsaltinq şirkətinin hesablamalarına istinadla xəbər verir.

Qeyd olunur ki, bu itkilər digər bazarlara istiqamətlənməklə qismən kompensasiya edilə bilər.