30 iyul 2025 22:53
181

"Fənərbağça" Nelson Semedonu transfer edib

"Vulverhempton" klubunun və Portuqaliya millisinin sağ cinah müdafiəçisi Nelson Semedo Türkiyənin "Fənərbağça" klubuna keçib.

“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabrisio Romano yazır.

Romano bildirib ki, portuqaliyalı oyunçunun olduğu təyyarə artıq İstanbula üz tutub.

İnsayder əlavə edib ki, PSJ-yə məxsus Milan Şkriniarın transferində olduğu kimi, bu transferdə də "Fənərbağça"nın idman direktoru Devin Özekin payı böyükdür.