30 iyul 2025 23:38
190

Çempionlar Liqası: “Qarabağ”ın növbəti mərhələdəki rəqibi dəqiqləşib

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.

“İki sahil” xəbər verir ki, Ağdam klubu növbəti raundda Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq.

Tetovo təmsilçisi II təsnifat mərhələsində Rumıniyanın FCSB klubunu mübarizədən kənarlaşdırıb. Şimali Makedoniyadakı ilk matçda rəqibini minimal hesabla üstələyən “Şkendiya” cavab görüşündə də qələbə qazanıb - 2:1.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları avqustun 5-6-da keçiriləcək.