31 iyul 2025 20:54
168

ABŞ sülhü təmin etmək üçün əlavə addımlar atmağa hazırdır - AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında müharibənin avqustun 8-dək başa çatdırılmasında israrlıdır.

“İki sahil” “Al Arabia”ya istinadla xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ-nin böyük diplomatı Con Kelli bildirib.

“Rusiya və Ukrayna atəşkəs və davamlı sülh barədə razılığa gəlməlidir. Razılaşmanı imzalamağın vaxtı çatıb. Prezident Tramp açıq şəkildə bildirib ki, bu, avqustun 8-dək edilməlidir. ABŞ sülhü təmin etmək üçün əlavə addımlar atmağa hazırdır”, - Kelli deyib.