31 iyul 2025 22:13
154

Konfrans Liqası: "Sabah" III təsnifat mərhələsinə yüksəlib

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda “Sabah”la Moldovanın "Petrokub" komandası arasında keçirilən cavab oyunu başa çatıb.

“İki sahil” xəbər verir ki,  “Bank Respublika Arena”da təşkil edilən görüş təmsilçimizin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sabah"ın heyətində qolları Coy Lens Mikels ( 3 qol) və Pavol Şafranko vurublar.

İlk oyunda da "Petrokub"u 2:0 hesabı ilə üstələyən Azərbaycan Kubokunun son qalibi adını III təsnifat mərhələsinə yazdırıb.

Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edib.

Qeyd edək ki, "Sabah" növbəti raundda “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) cütünün məğlubu ilə qarşılaşacaq.