01 avqust 2025 00:22
149

UEFA Konfrans Liqası: "Araz-Naxçıvan" III təsnifat mərhələsinə vəsiqə qazanıb

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçında hesab bərabərləşib.

“İki sahil” xəbər verir ki, "Aris"in heyətində Monçu 90-cı dəqiqədə fərqlənib - 2:2.

"Araz-Naxçıvan"ın futbolçusu İqor Ribeyro 52-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb.

Qarşılaşma 2:2 hesabı ilə başa çatdı. İki oyunun nəticəsinə görə “Araz-Naxçıvan” növbəti mərhələyə adlayır. Azərbaycan təmsilçisi növbəti mərhələdə Kiprin “Omonia” klubu ilə qarşılaşacaq.