02 avqust 2025 14:23
143

"Bavariya"nın futbolçusu əməliyyat olunub

Almaniyanın "Bavariya" klubunun futbolçusu Aleksandar Pavloviç əməliyyat olunub.

“İki sahil” xəbər verir ki, bu barədə ölkə çempionunun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçi göz yuvasındakı problem səbəbindən cərrahi müdaxiləyə ehtiyac duyub. Pavloviç məşq zamanı zədə alıb. Oyunçunun bərpa müddəti açıqlanmayıb.

Qeyd edək ki, Almaniya millisinin üzvü 2023-cü ildə "Bavariya"nın əsas komandasına cəlb edilib.