03 avqust 2025 02:24
117

Ukraynada Britaniyanın hərbi bazaları yerləşdirilə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski Britaniya ilə 100 illik əməkdaşlıq sazişinin ratifikasiyası haqqında qanun layihəsini Ali Radaya təqdim edib.

“İki sahil” xəbər verir ki, müvafiq qanun layihəsi Radanın saytında dərc edilib.

Sənəd ölkədə Böyük Britaniyaya məxsus hərbi bazaların yerləşdirilməsini nəzərdə tutur və Birləşmiş krallığa faydalı qazıntıları çıxarmağa imkan verir.

Müqavilə yanvar ayında imzalanıb, lakin hələ də qüvvəyə minməyib.

Saziş həmçinin Britaniya hərbi təlimatçılarının Ukraynada olmasını, Londonun Qara və Baltik dənizlərində iştirakının artırılmasını, həmçinin Britaniya gəmilərinə Azov dənizində naviqasiya üçün xüsusi hüquqlar verilməsini nəzərdə tutur.