03 avqust 2025 14:50
89

Rusiya atəşi nəticəsində Bilozerkada iki mülki şəxs yaralanıb

Bu gün səhər tezdən Rusiya qüvvələri Xerson vilayətinin Bilozerka şəhərini atəşə tutub, nəticədə iki dinc sakin yaralanıb.

İki sahil” “Ukrinform”a istinadla xəbər verir ki, məlumatı Xerson Vilayət Hərbi Administrasiyası Telegram-da təsdiqləyib.

"Saat 05:00 radələrində Rusiya hərbçiləri Bilozerkanı atəşə tutublar. Mərmilərdən biri 80 yaşlı qadın və 37 yaşlı kişinin olduğu yaşayış evinin həyətinə düşüb", - məlumatda deyilir.

Hər iki şəxs xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”