03 avqust 2025 15:15
85

Antonio Quterreş: Qazaxıstan sülh və dialoq simvoludur

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev 3 avqust 2025-ci ildə BMT-nin Baş katibi Antonio Quterreş ilə danışıqlar aparıb.

İki sahil” xəbər verir ki, bu barədə Akorda (Qazaxıstan Prezidentinin iqamətgahı – red.) məlumat yayıb.

Bildirilib ki, Antonio Quterreş qonaqpərvərliyə görə minnətdarlığını bildirib və Qazaxıstanın beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə verdiyi töhfəni vurğulayıb: "Qazaxıstan sülh və dialoq rəmzidir, xalqlar arasında qızıl körpüdür və bir çox hallarda ədalətli danışıqlar aparır. Bunun əsası onilliklər əvvəl nüvə silahından imtina ilə bağlı tarixi qərarla qoyulub. Bu, həqiqətən də bütün dünya üçün mənəvi akt idi. Sivilizasiyaların toqquşmasına gəlincə, Qazaxıstan öz təcrübəsi ilə sübut etdi ki, öz təcrübələri ilə müxtəlif dialoqların qurulması mümkündür. Siz hər zaman dünyanı birliyə və qardaşlığa səsləyirsiniz”.

Görüşdə BMT-nin Mərkəzi Asiya və Əfqanıstan üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə Regional Mərkəzinin fəaliyyətinin perspektivləri, BMT-də islahatların aparılması məsələsi, beynəlxalq və regional gündəm, eləcə də digər aktual məsələlər müzakirə olunub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”