03 avqust 2025 21:21
86

KİV: Belçika Qəzzaya 15 ton humanitar yardım atıb

Avqustun 3-də Belçika hərbi təyyarəsi Qəzza zolağının üzərinə 15 ton humanitar yardım atıb.

İki sahil” xəbər verir ki, bu barədə “Belqa” agentliyi məlumat yayıb.

Yardım Qəzzada BMT və İordaniya ilə əməkdaşlıq çərçivəsində humanitar əməliyyatların bərpasından sonra çatdırılıb.

Bu, 2024-cü ilin martında təxminən 164 ton humanitar yardımın düşməsindən sonra Belçika ordusunun Qəzza zolağı üzərində bu cür ikinci əməliyyatı idi.

Məhərrəm Ağalaroğlu, “İki sahil”