04 avqust 2025 02:53
109

Husilər PUA-lardan istifadə edərək İsrailə zərbələr endirib

Yəmənin “Ənsər-Allah” hərəkatından olan husi döyüşçüləri PUA-lardan istifadə edərək İsrailə hücum edib.

“İki sahil” xəbər verir ki, bu iddia ilə hərəkatın sözçüsü Yəhya Saria çıxış edib.

"Yəmən silahlı qüvvələrinin pilotsuz aviasiya bölmələri üç unikal hərbi əməliyyat həyata keçirib və bu əməliyyatlar zamanı üç pilotsuz uçan aparatdan istifadə etməklə düşmənin üç hədəfini vurub", - deyə o bildirib.