04 avqust 2025 03:10
103

Millimizin hücumçusu Yunanıstan klubuna qol vurdu

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Motor Lublin" yoxlama görüşü keçirib.

“İki sahil” xəbər verir ki, Polşa təmsilçisi Yunanıstanın "Asteras" klubuna 4:2 hesabı ilə qalib gəlib. Renat 46-cı dəqiqədə qol vuraraq hesabı komandasının xeyrinə 2:0 edib.

Qeyd edək ki, bu yay "Motor Lublin"ə keçən R.Dadaşov yeni klubu ilə 1 llik müqavilə imzalayıb.