04 avqust 2025 22:38
105

Açılış matçları təxirə salınacaq?

Türkiyə Futbol Federasiyası avrokuboklarda çıxış edən klubları nəzərə alaraq liqa matçlarını təxirə sala bilər.

“İki sahil” xəbər verir ki, Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlunun köməkçisi Fuat Göktaş, avrokuboklarda çıxış edən klubların liqa matçlarının təxirə salınması üçün rəsmi müraciət göndərmələrinin tələb olunduğunu bildirib.

Klubların istəyi nəzərə alınacağı təqdirdə, açılış matçları təxirə salınacaq və ya sadəcə avrokuboklarda çıxış edən klubların oyunlarının tarixi dəyişdiriləcək.

Qeyd edək ki, Türkiyə Superliqasında 2025/26 mövsümünə avqustun 8-də "Qaziantep" - "Qalatasaray" matçı ilə start veriləcək.