04 avqust 2025 18:58
134

Zelenski onlara sanksiyalar tətbiq etdi

Ukrayan prezidenti Vladimir Zelenski Rusiyanın 15 böyük muzeyinin direktorlarına qarşı sanksiya tətbiq edib.

“İki sahil” xəbər verir ki,  Zelenskinin ofisinin saytında dərc edilən sənədə əsasən, məhdudiyyətlər xüsusilə Borodino Dövlət Hərbi Tarix Muzey-Qoruğunun rəhbəri İqor Korneyev, Andrey Rublev Muzeyinin direktoru Mixail Mindlin və Peterhof Muzey-Qoruğunun baş direktoru Roman Kovrikova qarşı tətbiq edilib.

Məhdudiyyətlər on il müddətinə tətbiq edilib.

Həmçinin avqustun 3-də Zelenski 5 şirkət və 94 şəxsə qarşı sanksiya tətbiq edib.