Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Qlobal Cənub ölkələrinə qarşı tarif baryerlərini sərtləşdirməsini bu dövlətlərin suverenliyinə qəsd və onların daxili işlərinə müdaxilə kimi qiymətləndirir.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Ümumiyyətlə, iqtisadi artımın ləngiməsi, tədarük zəncirlərinin zədələnməsi və qlobal iqtisadiyyatın parçalanması ilə nəticələndiyini nəzərə almasaq, ABŞ-ın bu cür siyasəti dövlətlərin milli suverenliyinə birbaşa qəsddir, onların daxili işlərinə qarışmaq cəhdidir"- deyə diplomat Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş şərhində bildirib.