04 avqust 2025 21:06
116

Naxçıvanlı karateçilər Türkiyədə uğur qazanıblar

Türkiyənin Rizə şəhərindəki Yenişehir İdman Salonunda "Karadeniz və Hazar Ülkeleri Karate Şampiyonası" adlı yarış keçirilib.

“İki sahil” xəbər verir ki,  Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, çempionatda Qaradəniz və Xəzər hövzəsinə aid ölkələrdən 1000-ə yaxın idmançı uşaqlar, ümidlər və gənclər kateqoriyalarında mübarizə aparıb.

Naxçıvan Muxtar Respublikasından yarışda 3 idmançı iştirak edib. Onlardan Fatimə Bağırzadə (10–11 yaş, 50 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub, Xədicə Bayramova (10–11 yaş, 35 kq) isə bürünc medal qazanıb.