05 avqust 2025 15:38
133

Almaniyada gənclərin sayı sabitləşib

Almaniyada 2005-ci ildən bəri azalan gənclərin sayı 2022-ci ildən sonra Ukraynadan gələn axının hesabına sabitləşib.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Federal Statistika İdarəsi (Destatis) məlumat yayıb.

İdarənin məlumatına görə, 2021-ci ildən Almaniyanın ümumi əhalisində 15-24 yaş arası gənclərin payı 10% səviyyəsindədir.

Eyni zamanda, agentliyin qeyd etdiyi kimi, miqrasiya keçmişi olmayan 15-24 yaşlı gənclərin xüsusi çəkisi hazırda Almaniya əhalisinin 8,6%-ni təşkil edir.

Bununla yanaşı, Almaniyada immiqrant valideynləri ilə doğulan gənclərin cəmiyyətdə sayı artıq 20,7%-ə çatıb.