05 avqust 2025 19:27
97

Qırğızıstanda baş verən zəlzələ Qazaxıstan və Özbəkistanda da hiss olunub

Qırğızıstanın Cəlal-Abad vilayətinin ərazisində zəlzələ baş verib.

“İki sahil”  Qırğızıstan mətbuatına istinadla xəbər verir ki, yeraltı təkanların gücü 5,1 bal təşkil edib.

Yeraltı təkanlar Bişkeklə yanaşı, Özbəkistan və Qazaxıstanda da hiss olunub.