05 avqust 2025 16:11
137

Türkiyə Ordusunun Baş Qərargah rəisi dəyişdi

Türkiyə Ordusunun Baş Qərargah rəisi Metin Gürak təqaüdə göndərilib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, onun yerinə Quru Qoşunları Komandanı Selçuk Bayraktaroğlu təyin olunub.

Həmçinin Birinci Ordu Komandanı Metin Tokel isə Quru Qoşunları Komandanı vəzifəsinə təyinat alıb.