06 avqust 2025 08:08
140

“Qalatasaray” tanınmış futbolçu ilə müqaviləni yeniləyib

Türkiyənin "Qalatasaray" komandası futbolçusu Yunus Akgünlə müqaviləni uzadıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

25 yaşlı oyunçu ilə 2029-cu ilədək müqavilə imzalanıb.

Onun hazırkı sözləşməsi 2026-cı ildə başa çatırdı.

Y. Akgün İstanbul təmsilçisinin yetirməsidir.