06 avqust 2025 17:53
173

Amerika gəmiqayırma zavodu son 50 ildə ilk dəfə...

Amerikanın "Hanwha Philly Shipyard" gəmiqayırma zavodu 250 milyon dollarlıq mayeləşdirilmiş təbii qaz tankeri tikmək üçün sifariş alıb.

“İki sahil” “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə gəmiqayırma zavodunun sahibi olan “Hanwha Ocean” şirkəti məlumat yayıb.

Qeyd edilir ki, tanker 1970-ci illərin sonundan etibarən ABŞ-da təxminən son 50 il ərzində sifariş edilən ilk LNG ixrac gəmisi olacaq.