07 avqust 2025 13:52
152

Azərbaycanın millisinin üzvü Türkiyədə əməliyyat olunub

Azərbaycanın 18 yaşadək qadın basketbolçulardan ibarət millisinin üzvü Ela Nur Gökçöl Türkiyədə əməliyyat edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

İdmançı "Qalatasaray” basketbol klubunun həkimi Sinan Üstündağ tərəfindən əməliyyat olunub.

Qeyd edək ki, basketbolçu bu yay Litvada baş tutmuş Avropa çempionatında zədələnmişdi.