08 avqust 2025 23:36
118

Bu futbolçunun yeni klubu bəlli oldu

Cənubi Koreya millisinin lideri Son Hın Minin yeni klubu bəlli olub.

“İki sahil” xəbər verir ki, 33 yaşlı ulduz futbolçu karyerasına ABŞ-nin "Los Anceles Kings" klubunda davam edəcək.

Müqavilə 2 illik müddəti əhatə edəcək.

Qeyd edək ki, Son Hın "Tottenhem"də 10 il forma geyinib. O, avqustun 2-də komandasından öz istəyi ilə ayrılıb.