09 avqust 2025 12:40
122

"Bavariya" onlarla yeni müqavilə imzaladı

"Bavariya" futbolçuları Lennart Karl və Visdom Mayk ilə yeni müqavilə imzalayıbş

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Yarımmüdafiəçilərlə müqavilənin şərtləri hələlik açıqlanmayıb.

Almaniyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının futbolçuları 2022-ci ildən Münhen təmsilçisinin üzvüdürlər.

Karl "Bavariya"da debütünü bu yaxınlarda klublararası dünya çempionatında "Ouklend"lə matçda (10:0) edib.