10 avqust 2025 13:40
97

ABŞ-də silahlı insident olub

ABŞ-nin Merilend ştatının Baltimor şəhərində baş verən silahlı hücum nəticəsində 6 nəfər xəsarət alıb.

“İki sahil” xəbər verir ki, hadisə barədə məlumatı "ABC News" yayıb.

Məlumata əsasən, atışma şənbə günü yerli vaxtla saat 20:50-də (Bakı vaxtı ilə bazar günü 04:50) Spouldinq və Kvinsberi prospektlərinin kəsişməsində qeydə alınıb.

Belə ki, naməlum şəxs küçədə toplaşan insanlara atəş açıb.

Baltimor polis komissarı Riçard Uorli bildirib ki, yaralananlar arasında 5 yaşlı qız uşağı da var. Onun vəziyyəti stabil qiymətləndirilir. Yaralılardan biri 38 yaşlı kişi isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hücumun motivləri hələlik məlum deyil, polis insidentlə bağlı araşdırmaları davam etdirir.