Son sutka ərzində Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin yaşayış məntəqələrini 28 dəfə atəşə tutub.
“İki sahil” xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri rəhbəri Vadim Filaşkin məlumat verib.
"Avqustun 9-da zərbələr nəticəsində Donetsk vilayətinin 2 sakini həlak olub. 24 saat ərzində bölgədə daha 4 nəfər yaralanıb", - o "Telegram" kanalında yazıb.
V. Filaşkin bildirib ki, Kramatorsk rayonuna artilleriya atəşləri nəticəsində inzibati bina və fərdi yaşayış evi zədələnib, Sredne qəsəbəsində bir nəfər həlak olub. Drujkivkada 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb, 5 fərdi yaşayış evi ziyan görüb.
Konstantinovkada isə 2 nəfər yaralanıb, 9 çoxmərtəbəli bina, 7 fərdi yaşayış evi, 2 yardımçı tikili, mağaza, inzibati bina, 2 elektrik ötürücü xətti və 5 qaz kəməri zədələnib.
Pokrovsk rayonunun Şaxovo qəsəbəsində 31 fərdi yaşayış evi dağıdılıb. Cəbhə xəttindən 53-ü uşaq olmaqla, ümumilikdə 1011 nəfər təxliyə edilib.