Şimali Makedoniyada oktyabrın 19-da yerli idarəetmə orqanlarına seçkilər keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Şimali Makedoniyanın Parlament Assambleyasının sədri Afrim Qaşi qərar imzalayıb.
Qərara əsasən, birinci turda seçkiləri nəticəsiz qalan bələdiyyələr üçün noyabrın 2-də ikinci tur təşkil olunacaq.
Qeyd edək ki, 4 ildən bir yerli seçkilərin keçirildiyi Şimali Makedoniyada seçicilər 81 bələdiyyədə sədr və üzvlərini seçəcək. Ölkədə sonuncu dəfə yerli seçkilər 2021-ci il oktyabrın 17-də keçirilib.