10 avqust 2025 14:49
137

“Sabah” amerikalı basketbolçu transfer edib

“Sabah” komandası yeni basketbolçu transfer edib.

Klubdan “İki sahil”ə bildirilib ki, amerikalı Castin Tillman ilə 2 illik müqavilə imzalanıb.

28 yaşlı və 203 santimetr boya malik təcrübəli basketbolçu karyerası ərzində Yunanıstan, Fransa, İtaliya və İsrail liqalarında çıxış edib.